Çinin paytaxtı Pekində İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş möhtəşəm parad keçirilib.
"Unikal" "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, tarixi tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, habelə İran prezidenti Məsud Pezeşkian və onun qızı Zəhra Pezeşkian iştirak ediblər. Parad zamanı dünya liderləri və onların ailələri arasında səmimi görüntülər qeydə alınıb.
Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev, xanımı və Zəhra Pezeşkianın birlikdə kadrlara düşmüş səmimi görüntüləri sosial mediada böyük marağa səbəb olub.