Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxsi polis saxlayıb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Redaktor.az-a verilən xəbərə görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb.
Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.