AZ

Ağcabədidə keçmiş məhkum narkotik satışına görə saxlanılıb

Ağcabədidə 5 kiloqram marixuana satmaq istəyən şəxsi polis saxlayıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş Süleyman Fətəliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan ümumilikdə 5 kiloqrama yaxın marixuana aşkarlanıb.

Araşdırma zamanı S.Fətəliyevin narkotik vasitəni satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
85
3
operativmm.az

10Mənbələr