"Mən təsəvvür etmirəm ki, Putin Əliyevdən üz çevirəydi və əl sıxmaya idi. Əlbəttə, bu, protokoldur", - deyə Zatulin bildirib.
Lakin məsələ burasındadır ki, Kreml təbliğat maşını bu görüşün təfərrüatlarını öz xeyrinə manipulyasiya etməyə çalışır. Çünki Putin zala daxil olarkən özü İlham Əliyevə yaxınlaşıb, salam verib, daha sonra isə Azərbaycanın birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva ilə görüşüb.
Bu fakt Rusiyanın təbliğatçılarında ciddi narahatlıq yaradıb. Ona görə də indi müxtəlif fiqurlar - Kabanov, Marina Axmetova, Zatulin və digərləri - ard-arda açıqlamalar verərək həmin salamlaşmanın əhəmiyyətini kiçiltməyə, onu sırf formal "ədəblilik" kimi təqdim etməyə çalışırlar.
Əslində isə Kremlin bu qədər hay-küy salması onu göstərir ki, Putinin təşəbbüsü ilə baş tutmuş salamlaşma Moskvada "uduzulmuş jest" kimi qəbul edilib. Rusiya təcrid vəziyyətindədir və Əliyevlə ayaqüstü belə təmas qurmaq məcburiyyətində qalıb.
Nəticə odur ki, Moskva Azərbaycan prezidentinə yönəlmiş hər bir protokol addımını ideoloji mübarizə vasitəsinə çevirməyə çalışır. Amma reallıq dəyişmir: Putin Əliyevə yaxınlaşdı, salam verdi, buz kimi soyuq reaksiya aldı və pərt oldu. Bu gerçəyi nə Zatulin, nə də Kremlin digər "təbligat köpəkləri" dəyişə bilməzlər.
Digər tərəfdən, əgər bu məsələ doğrudan da Zatulin dediyi kimi sırf protokol gedişatı idisə və ya digərlərinin təqdim etdiyi kimi sadəcə "yoldan keçərkən verilən salam" idisə, onda niyə Kremlin ideoloqları bu faktın bu qədər üzərində dayanırlar? Əgər heç bir siyasi anlam yoxdursa, niyə hamısı bir ağızdan açıqlama verib, yazılar yazıb, təhlillər düzəldib, güya Azərbaycana qarşı zərərli nəticə doğuracaq formada təqdim etməyə çalışırlar? Bu, əslində, Moskvanın içindəki narahatlığın və Azərbaycana yönəlmiş xüsusi informasiya hücum xəttinin ən aydın sübutudur.