AZ

Yaponiya Fukusima AES-dən dördüncü su partiyasını buraxmağa başlaya bilər

Yaponiyanın "Tokyo Electric Power" (TEPCO) şirkəti fəlakətdən zərər çəkmiş Fukusima Atom Elektrik Stansiyasından (AES) təmizlənmiş radioaktiv suyun dördüncü partiyasını fevral ayında buraxmağa başlaya bilər.

Aznews.az xəbər verir ki, bu barədə Kyodo xəbər agentliyi məlumat yayıb.

Ümumilikdə 7800 ton suyun axıdılması gözlənilir ki, bu da əvvəlki mərhələlərdə olduğu kimidir. Bu su partiyasının buraxılması təxminən 17 gün çəkə bilər.

Hazırda AES-də 1,34 milyon tondan çox su var. Belə ki, Yaponiya hökuməti bu suyu tədricən təmizləmək və sonra dənizə axıtmaq qərarına gəlib. 30-40 il çəkəcəyi gözlənilən proses Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən təsdiqlənməsinə baxmayaraq, Çin başda olmaqla bir sıra ölkələrlə gərginliyə səbəb olub.

Seçilən
612
14
aznews.az

10Mənbələr