AZ

Yaponiya Ukraynaya əlavə olaraq 4,5 milyard dollar ayıracaq

Yaponiya Ukraynaya 4,5 milyard dollar məbləğində əlavə maliyyə yardımı paketi təqdim edəcək.

SİA-nın əldə etdiyi məlumata görə,bu barədə xəbəri dekabrın 19-da NHK telekanalı yayıb.

Ölkənin Maliyyə Nazirliyinin rəhbəri Shuniçi Suzukinin qeyd etdiyi kimi, qərar bir gün əvvəl qəbul edilib. Çərşənbə axşamı maliyyə nazirliklərinin rəhbərlərinin və Yeddilik Qrupunun (G7) mərkəzi banklarının rəhbərlərinin virtual görüşü keçirilib, iştirakçılar digər məsələlərlə yanaşı, Ukraynaya dəstəyi müzakirə ediblər.

Dekabrın 7-də bildirildi ki, Yaponiyanın baş naziri Fumio Kişida Ukraynaya 4,5 milyard dollar vəd edib. Onun sözlərinə görə, bu məbləğin 1 milyard dolları infrastrukturun bərpasına, digər məbləği isə Dünya Bankının Kiyevə ayırdığı kreditlər üzrə zəmanətlərin yerinə yetirilməsinə yönəldiləcək.

Noyabrın sonunda Yaponiya rəhbərliyi Ukraynaya minalardan təmizləmə və kibertəhlükəsizlik sahəsində kömək etməyi planlaşdırdığını bəyan edib. İyulda Litva minalardan təmizləmə işində Kiyevə yardım proqramı təklif edib.

Sentyabrda Yaponiyanın xarici işlər naziri Yoko Kamikava G7-nin sədri kimi ölkənin Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı sanksiya siyasətini davam etdirəcəyini bildirmişdi. O, Tokionun anti-Rusiya sanksiyalarını genişləndirməyə davam edəcəyini də vurğulayıb.

Nazlı

Seçilən
601
20
sia.az

10Mənbələr