AZ

Rusiyada erməni blogerin həbs müddəti uzadıldı

Moskvanın Taqanski Rayon Məhkəməsi istintaqın vəsatətini təmin edib və Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə ittiham olunan erməni bloger Arsen Markaryanın həbs müddətini noyabrın 9-dək uzadıb.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Təqsirləndirilən şəxs özü məhkəmədə bildirib ki, saxlanılan zaman avtomobilin yük yerində gizlənməyib, sərnişin oturacağında əyləşib.

O əlavə edib ki, axtarışda olması barədə ona heç bir məlumat verilməyib və xaricə getməyi planlaşdırmayıb.

Xatırladaq ki, avqustun 25-də Moskvanın Taqanski Rayon Məhkəməsi Markaryanı Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə ittiham edərək həbs edib. Bu maddəyə əsasən, onu beş ilə qədər həbs gözləyir.

Seçilən
86
5
axar.az

6Mənbələr