AZ

Rusiyada erməniəsilli bloqerin həbs müddəti uzadıldı

Moskvanın Taqanski Rayon Məhkəməsi istintaqın vəsatətini təmin edib və Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə ittiham olunan erməniəsilli bloqer Arsen Markaryanın həbs müddətini noyabrın 9-dək uzadıb.

Azreform.info bu barədə TASS-a istinadla xəbər verir.

Təqsirləndirilən şəxs özü məhkəmədə bildirib ki, saxlanılan zaman avtomobilin yük yerində gizlənməyib, sərnişin oturacağında əyləşib.

O əlavə edib ki, axtarışda olması barədə ona heç bir məlumat verilməyib və xaricə getməyi planlaşdırmayıb.

Xatırladaq ki, avqustun 25-də Moskvanın Taqanski Rayon Məhkəməsi Markaryanı Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə ittiham edərək həbs edib. Bu maddəyə əsasən, onu beş ilə qədər həbs gözləyir.(oxu.az)

Seçilən
89
5
azreform.info

6Mənbələr