ABŞ-ın Alyaska ştatının Ankoric şəhərindən 1547 km cənubda, Aleut adaları yaxınlığında 6,0 bal gücündə zəlzələ qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerin 54 km dərinliyində baş verib.
Dağıntı və tələfat barədə informasiya verilmir.