AZ

Alyaskada güclü zəlzələ baş verdi

ABŞ-nin Alyaska ştatına məxsus Aleut adalarında 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir.

Yeraltı təkanların episentri təxminən 298 min nəfərin yaşadığı Ankoric şəhərindən 1537 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı yerin 54 km dərinliyində olub.

Qeyd edək ki, bundan bir qədər əvvəl Rusiyanın Kamçatka bölgəsində 5,0 maqnitudalı zəlzələ qeydə alınıb

Seçilən
86
19
news24.az

10Mənbələr