AZ

Rusiya ilə bağlı sual Trampı qəzəbləndirdi - bunun nəticələrini bütün dünya görəcək...


ABŞ prezidenti Donald Tramp Ağ Evdə bəyan edib ki, Rusiyaya təzyiqin bütün mərhələləri hələ həyata keçirilməyib. Ukrayna münaqişəsinin həllində irəliləyişin olmaması qarşısında ABŞ-ın təsirsiz qaldığını iddia edən jurnalistə qəzəblənən Tramp, ona sərt cavab verib: "Siz bunu hərəkətsizlik adlandırırsınız, mən hətta ikinci və üçüncü mərhələlərə də başlamamışam. Heç bir şey edilmədiyini deyirsinizsə, məncə, siz yeni iş tapmalısınız".

Amerika lideri 50 fazillik rüsumun tətbiq olunduğu Hindistanı misal çəkərək, bu tədbirin Rusiyaya da təsir etdiyini və “yüz milyardlarla dollara başa gəldiyini” bildirib.

Tramp yaxın həftələrdə Putinlə görüşməyi planlaşdırdığını və bu proses zamanı münasibətlərin gedişatına aydınlıq gətiriləcəyini bildirib.

ABŞ-ın Hindistana tətbiq etdiyi yüksək tarifləri ölkənin Rusiyadan neft almağa davam etdiyi üçün tətbiq edildiyini xatırladan Tramp, bu tədbirlərin Moskvaya da ciddi ziyan vurduğunu bildirib. ABŞ prezidenti vurğulayıb ki, Putinin Ukrayna ilə bağlı mövqeyi Vaşinqtonu qane etməsə, “bunun nəticələrini bütün dünya görəcək”.

TAHİR

Seçilən
22
50
baki-xeber.com

10Mənbələr