Krıma səfər ABŞ Prezidenti Donald Tramp üçün çox faydalı ola bilər.
Publika.az xəbər verir ki, bunu qondarma Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib.
"Tramp bütün həyasızlığı və qeyri-ənənəvi davranışı ilə Krıma gələ bilərdi. Bu, onun üçün yaxşı olardı", - o deyib.
Konstantinov əmindir ki, Tramp Krıma gəlsəydi, 2014-cü ildə Krımın niyə Rusiyaya qoşulduğunu aydın başa düşəcəkdi.