AZ

17 yaşlı gəncin sevincini ölüm əvəz etdi

Biləsuvar 17 yaşlı yeniyetmə kanala yıxılaraq ölüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeyd alınıb.

Belə ki, kənd sakini 17 yaşlı İqbal İlqar oğlu Quluzadə körpüd’n keçərkən kanala yıxılıb. Kanalda boğularaq ölən yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bildirilir ki, İqbal bu il 476 balla BDU-nun Filologiya fakültəsinə qəbul olub. Elə dünən bu münasibətlə ailəsi tərəfindən qonaqlıq təşkil edilib. Bədbəxt hadisə isə bundan sonra baş verib.

Seçilən
19
9
redaktor.az

10Mənbələr