Biləsuvar 17 yaşlı yeniyetmə kanala yıxılaraq ölüb. SİA-nın verdiyi xəbərə görə, hadisə rayonun Nərimankənd kəndində qeyd alınıb.
Belə ki, kənd sakini 17 yaşlı İqbal İlqar oğlu Quluzadə körpüdən keçərkən kanala yıxılıb. Kanalda boğularaq ölən yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.