AZ

Mərkəzi Bank, AzFina və PashaPay “Fintex Üfüqləri Forumu” keçirdi

3 sentyabr 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Fintex Assosiasiyasının (AzFina) və PashaPay-in birgə təşkilatçılığı ilə “Fintex Üfüqləri Forumu” keçirilib.

Forum, ölkənin fintex ekosistemində aparıcı şirkətləri bir araya gətirərək, AniPay (Ani Ödənişlər Sistemi – AÖS) və Hökumət Ödəniş Portalının, o cümlədən QR ödənişlərin imkanları, rəqəmsal transformasiya istiqamətləri və maliyyə xidmətlərinin gələcəyi üzrə müzakirə platforması təqdim edib.

Forumun əsas məqsədi rəqəmsal ödənişlərin tətbiqini sürətləndirmək və maliyyə texnologiyalarında innovasiyanı stimullaşdırmaq olub. 2024-cü ildə nağdsız əməliyyatların 66% artması, AniPay-in ölkənin rəqəmsal iqtisadiyyatındakı önəmini daha da aktuallaşdırıb.

Tədbir çərçivəsində iştirakçılar AÖS infrastrukturu üzərində qurulmuş innovativ ödəniş məhsulları, yeni tənzimləmə tələblərinə uyğun xidmət modelləri və 24/7 fəaliyyət göstərən sistemlərə əsaslanan biznes həlləri üzərində işləyiblər. Məqsəd — mövcud texnologiyanı daha effektiv istifadə etməklə, real bazar ehtiyaclarına cavab verən praktik modellər hazırlamaq olub. Uğurlu həllər təklif edən komandalara sertifikatlar təqdim olunub.

fintex Azərbaycan Mərkəzi Bankı AMB AzFina PashaPay Fintex Üfüqləri Forumu AniPay Ani Ödənişlər Sistemi AÖS Hökumət Ödəniş Portalı QR ödənişlər rəqəmsal ödənişlər maliyyə texnologiyaları rəqəmsal transformasiya fintex ekosistemi elektron pul təşkilatları ödəniş təşkilatları tənzimləmə dəyişiklikləri nağdsız əməliyyatlar rəqəmsal iqtisadiyyat innovativ ödəniş məhsulları 24/7 biznes həlləri təhlükəsizlik uyğunluq KOB sertifikatlar
Seçilən
11
5
marja.az

8Mənbələr