Bakı. Trend:
- Forumda fintex şirkətləri bir araya gələrək AniPay vəHökumət Ödəniş Portalının imkanları, eləcə də QR və digər innovativrəqəmsal həlləri müzakirə ediblər.
- Ödəniş təşkilatları və elektron pul təşkilatlarınınfəaliyyətlərinin
tənzimlənməsi üzrə dəyişikliklər və yeniliklər ətrafındaməruzələr dinlənildi.
- Fərdlər, fintexlər və KOB-lar üçün çıxış imkanlarınıgenişləndirən sistem, AMB dəstəyi ilə təhlükəsizlik və uyğunluğutəmin edir.
3 sentyabr 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankı (AMB),Azərbaycan Fintex Assosiasiyasının (AzFina) və PashaPay-in birgətəşkilatçılığı ilə “Fintex Üfüqləri Forumu” keçirilib. Forum,ölkənin fintex ekosistemində aparıcı şirkətləri bir arayagətirərək, AniPay (Ani Ödənişlər Sistemi – AÖS) və Hökumət ÖdənişPortalının, o cümlədən QR ödənişlərin imkanları, rəqəmsaltransformasiya istiqamətləri və maliyyə xidmətlərinin gələcəyi üzrəmüzakirə platforması təqdim edib.
Forumun əsas məqsədi rəqəmsal ödənişlərin tətbiqinisürətləndirmək və maliyyə texnologiyalarında innovasiyanıstimullaşdırmaq olub. 2024-cü ildə nağdsız əməliyyatların 66%artması, AniPay-in ölkənin rəqəmsal iqtisadiyyatındakı önəmini dahada aktuallaşdırıb.
Tədbir çərçivəsində iştirakçılar AÖS infrastrukturu üzərindəqurulmuş innovativ ödəniş məhsulları, yeni tənzimləmə tələblərinəuyğun xidmət modelləri və 24/7 fəaliyyət göstərən sistemlərəəsaslanan biznes həlləri üzərində işləyiblər. Məqsəd — mövcudtexnologiyanı daha effektiv istifadə etməklə, real bazarehtiyaclarına cavab verən praktik modellər hazırlamaq olub. Uğurluhəllər təklif edən komandalara sertifikatlar təqdim olunub.