AZ

Mərkəzi Bank: “PulPal” şirkətinin vəzifəli şəxsi cərimələnib

Azərbaycan Mərkəzi Bankı “PulPal” MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə bəlumt yayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “PulPal” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1000  manat məbləğində cərimə edilmişdir.

Xatırladaq ki, Avqust ayında Mərkəzi Bank "Guavapay" MMC-yə, "CİBPay" MMC-yə, "Baku Pay" MMC-yə, "Tiko Azərbaycan" MMC-yə və "Greentek Group" MMC-yə icrası məcburi olan göstəriş verib.

Seçilən
14
38
marja.az

10Mənbələr