AZ

AMB "PulPal" MMC-nin vəzifəli şəxsini 1000 manat cərimələdi

AMB "PulPal" MMC-nin vəzifəli şəxsini 1000 manat cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC-nin vəzifəli şəxsini 1000 manat cərimə edib.

AFN.az-ın xəbərinə görə, bu barədə AMB-nin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, Mərkəzi Bank tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “PulPal” MMC-də aprel ayında keçirilmiş plandankənar yerində yoxlama zamanı yoxlama müddəti ərzində yoxlayıcıların lazımi texniki imkanlarla təmin edilməməsi və aparılmış əməliyyatlar haqqında dolğun məlumatların təqdim olunmaması ilə əlaqədar olaraq “PulPal” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq 1 000 (bir min) manat məbləğində cərimə edilib.

Seçilən
66
38
afn.az

10Mənbələr