Rusiya Federal Vergi Xidməti azərbaycanlı bloqçu Hüseyn Həsənovun sonuncu şirkətini ləğv edib.
Yenisabah.az “Life” “SHOT”a istinadla xəbər verir ki, Həsənovun 2023-cü ildə açdığı "Banda Foods" şirkəti "fast food" istehsal etsə də, biznes gəlir gətirməyib.
"Banda Foods"un 800 min rubl borcu olduğu aşkarlanıb. Toyuqlu pizza
Hüseyn Həsənova borcu ödəmək tələbi qoyulub, lakin o, Rusiyanı tərk edib. Avqustun 20-də Vergi Xidməti Həsənovun şirkətini - “Banda” MMC-ni ləğv edib.
Bloqçu şəxsi inkişaf kurslarını satmaq üçün şirkəti qurub. Bundan əlavə, Həsənovun kurslarına qarşı ümumən2 milyon 675 min rubl məbləğində 2 iddia qaldırılıb. Həsənov məhkəmə proseslərinə az qalmış şirkətin təsisçiliyindən çıxıb.
Mayın 14-də xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə bağlı cinayət işi üzrə Hüseyn Həsənov axtarışa verilib və qiyabi həbs edilib.
Bu maddəyə əsasən bloqçunu 7 ilə qədər həbs cəzası gözləyir.
Telegram kanalımız