
Rusiya Federal Vergi Xidməti azərbaycanlı bloger Hüseyn Həsənovun sonuncu şirkətini də ləğv edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Life” portalı “SHOT” Teleqram kanalına istinadla məlumat yayıb.
Söhbət Həsənovun 2023-cü ildə açdığı “Banda Fuds” şirkətindən gedir.
Şirkət suşi istehsal edib, lakin biznes gəlir gətirməyib.
“SHOT” qeyd edir ki, “Banda Fuds”un 800 min rubl borcu olduğu aşkarlanıb.
Hüseyn Həsənova borclarını ödəmək tələbi qoyulsa da, o, Rusiyanı tərk edib.
Qeyd edək ki, avqustun 20-də vergi xidməti H.Həsənovun “Banda” şirkətini ləğv edib. Məşhur bloger bu şirkəti fərdi inkişaf kurslarını satmaq üçün qurub.
“Zvezdaç” Teleqram kanalı biznesin hüquqi ünvanının və əməkdaşlar haqqında məlumatların etibarsız olduğunu müəyyən edib.
İndi Rusiyanın Federal Vergi Xidməti onu ləğv etmək qərarına gəlib və şirkətin hesabları artıq dondurulub.
Bundan əlavə, Həsənovun kurslarına qarşı ümumilikdə 2 milyon 675 min rubl məbləğində iki iddia qaldırılıb. Ancaq H.Həsənov məhkəmələrə az qalmış təsisçilər heyətini tərk edib.
Xatırladaq ki, Hüseyn Həsənov mayın 14-də xüsusilə irimiqyaslı çirkli pulların leqallaşdırmasında və yuyulmasında ittiham edilərək, axtarışa verilib və qiyabi həbs edilib.