AZ

Bu ərazi qazsız qalacaq

Sabah Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.

Bildirilib ki, sentyabrın 5-də Sumqayıt şəhəri Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında məhdudiyyət tətbiq ediləcək.

Saat 10:00-dan etibarən işlər başa çatana qədər ümumilikdə 750 abonentin qaz təchizatı dayandırılacaq.

Milli.Az

Seçilən
83
50
milli.az

10Mənbələr