Asif Qurbanovun müraciətinə cavab olaraq Baş Prokururluqdan Demokrat.az-a bildirilib ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunaraq nəticələri əldə olunub, müvafiq sorğular və əməliyyat tapşırıqları verilib, hadisənin birbaşa şahidləri, zərərçəkmişin valideynləri, eləcə də təcili tibbi yardım əməkdaşlarının izahatları alınıb:
“Araşdırmalar nəticəsində Aytac Əliyevanın əri ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı gəmirici əleyhinə dərman içərək daha sonra bıçaqla özünə xəsarət yetirməklə özünü öldürdüyü müəyyən edilib.
Qeyd olunan fakt həmin vaxt orada olmuş zərərçəkmişin qohumlarının, o cümlədən şahidlərinin izahatları, müvafiq ekspertiza rəyləri və digər təkzibolunmaz dəlillərlə öz təsdiqini tapıb.
Toplanmış materiallar əsasında 2 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsinin baş verməməsi) əsasən cinayət işinin başlanması rədd edilib.
10Mənbələr
-
news24.azAytac öldürülüb, yoxsa...? - Rəsmi açıqlama ( 21019330)
-
azerbaijan-news.azBaş Prokurorluq: Qazaxın Daş Salahlı kənd sakininin özünü öldürməsi təkzibolunmaz dəlillərlə öz təsdiqini tapıb ( 21025750)
-
cebheinfo.azƏri ilə dalaşandan sonra zəhər içib... - Rəsmi açıqlama ( 21021643)
-
far.azBaş Prokurorluqdan Aytac Əliyevanın ölümü ilə bağlı AÇIQLAMA ( 21021190)
-
qaziler.azQazaxda intihar edən qadınla bağlı Baş Prokurorluqdan AÇIQLAMA ( 21021163)
-
publika.azƏri ilə dalaşandan sonra zəhər içib... ( 21021145)
-
bizim.mediaBaş prokurorluqdan Qazax sakininin ölümü ilə bağlı araşdırmanın nəticələrinə dair MƏLUMAT ( 21020710)
-
afn.azHəyat yoldaşı ilə dalaşandan sonra zəhər içib - Prokurorluqdan açıqlama ( 21020590)
-
demokrat.azƏri ilə dalaşandan sonra zəhər içib... — RƏSMİ AÇIQLAMA ( 21020488)
-
sitat.infoAytac Əliyevanın özünü öldürdüyü məlum oldu - Prokurorluq ( 21020176)