AZ

Həyat yoldaşı ilə dalaşandan sonra zəhər içib - Prokurorluqdan açıqlama

Həyat yoldaşı ilə dalaşandan sonra zəhər içib - Prokurorluqdan açıqlama

Qazax rayonu, Daş Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılan araşdırmanın nəticələrindən narazı qalan mərhumun atası Asif Qurbanov media vasitəsilə müraciət yayıb. O, qızının ölüm işinin nəzarətə götürülməsini və yenidən araşdırılmasını istəyib.

AFN.az xəbər verir ki, Asif Qurbanovun müraciətinə cavab olaraq Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda araşdırma aparılıb. Hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunaraq nəticələri əldə olunub, şahidlər və zərərçəkmişin valideynlərinin izahatları alınıb.

Araşdırmalar zamanı Aytac Əliyevanın əri ilə mübahisə zəminində intihar etdiyi müəyyən edilib. Qeyd olunub ki, o, əvvəlcə gəmirici əleyhinə dərman içib, daha sonra isə bıçaqla özünə xəsarət yetirərək həyatına son qoyub. Bu fakt şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla təsdiqlənib.

Toplanmış materiallar əsasında 2 avqust 2025-ci il tarixdə Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə uyğun olaraq cinayət işinin başlanması rədd edilib. Həmin qərardan verilmiş şikayət isə Qazax rayon məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarı ilə əsassız hesab olunaraq qüvvədə saxlanılıb.

Seçilən
108
22
afn.az

10Mənbələr