AZ

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

Bakı. Trend:

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud”xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” AzərbaycanRespublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davametdirilir.

Trend xəbərverir ki, Fərmanın tələblərinə uyğun olaraq “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsi İT sistemlərini “Hökumət buludu”naköçürüb.

İdarə informasiya sistemləri və ehtiyatlarını qismən“AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinəyerləşdirib.

“AzInTelecom” tərəfindən “İçərişəhər” Dövlət Tarix-MemarlıqQoruğu İdarəsi isə Virtual server – IaaS(Infrastructure-as-a-Service) xidməti ilə təmin edilib.

Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı vəəlçatan İT infrastrukturu əldə edib.

Qeyd edək ki, “Hökumət buludu” layihəsi AZCON Holdingşirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir.Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı Əsasvə Yevlax Ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyasıhəyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləriazalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdəsaxlanılır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7rejimində monitorinq xidmətinə nail olunur.

Seçilən
12
11
az.trend.az

10Mənbələr