AZ

İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 718 nömrəli Fərmanının icrası davam etdirilir.

Fərmanın tələblərinə uyğun olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İT sistemlərini “Hökumət buludu”na köçürüb. İdarə informasiya sistemləri və ehtiyatlarını qismən “AzInTelecom” MMC-yə məxsus Bakı Əsas Data Mərkəzinə yerləşdirib.

“AzInTelecom” tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi isə Virtual server – IaaS (Infrastructure-as-a-Service) xidməti ilə təmin edilib.

Bununla da qurum öz kritik sistemləri üçün daha dayanıqlı və əlçatan İT infrastrukturu əldə edib.

“Hökumət buludu” haqqında

“Hökumət buludu” layihəsi AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən icra edilir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin Bakı Əsas və Yevlax Ehtiyat data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların İT xərcləri azalır, informasiya sistemləri ölkə daxilində – vahid mərkəzdə saxlanılır. Təkmilləşdirilmiş informasiya təhlükəsizliyinə və 24/7 rejimində monitorinq xidmətinə nail olunur.

 

Seçilən
14
11
banco.az

10Mənbələr