AZ

"Qalatasaray" onun üçün yenidən təklif göndərəcək

Yazını böyüt
Yazını kiçilt

Türkiyə nəhənglərindən olan "Qalatasaray" "İnter"in futbolçusu Hakan Çalhanoğlu üçün 15 milyon avro ödəməyi qəbul edib.

Hafta.az xəbər verir ki, "sarı-qırmızılar" sentyabrın 12-nə kimi futbolçunun keçidini bitirmək istəyirlər.

2027-ci ilədək "İnter"lə müqaviləsi olan Hakan Çalhanoğlu özü də "Qalatasaray"dan gələn təklifi dəyərləndirməsi üçün İtaliya klubunun rəsmiləri ilə görüşüb.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən bu yana formasını geyindiyi "İnter"də 183 oyunda 38 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb. /"SporX"/

Seçilən
25
3
hafta.az

4Mənbələr