AZ

"Qalatasaray" Hakan Çalhanoğlu üçün yenidən təklif göndərəcək

Türkiyə nəhənglərindən olan "Qalatasaray" "İnter"in futbolçusu Hakan Çalhanoğlu üçün 15 milyon avro ödəməyi qəbul edib.

Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, "sarı-qırmızılar" sentyabrın 12-nə kimi futbolçunun keçidini bitirmək istəyirlər.

2027-ci ilədək "İnter"lə müqaviləsi olan Hakan Çalhanoğlu özü də "Qalatasaray"dan gələn təklifi dəyərləndirməsi üçün İtaliya klubunun rəsmiləri ilə görüşüb.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən bu yana formasını geyindiyi "İnter"də 183 oyunda 38 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebheinfo.az" 

Seçilən
18
3
cebheinfo.az

4Mənbələr