Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakıda yol qəzası nəticəsində ağır xəsarətlər alan qadın xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, avqustun 30-u saat 17 radələrində Bakıxanov qəsəbəsi ərazisində Vüsal Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 1966-cı il təvəllüdlü Nailə Hüseynovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş N.Hüseynova sentyabrın 4-ü orada ölüb.
Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.