Bakıda yol qəzası nəticəsində ağır xəsarətlər alan qadın xəstəxanada vəfat edib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, avqustun 30-u saat 17 radələrində Bakıxanov qəsəbəsi ərazisində Vüsal Əsgərov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 1966-cı il təvəllüdlü Nailə Hüseynovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş N.Hüseynova sentyabrın 4-ü orada ölüb.
Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar aparılır