AZ

Bu ilin 8 ayında yeni nəsil nəzarət-kassa aparatlarının dövriyyəsi açıqlanıb

Bakı, 5 sentyabr, AZƏRTAC

İndiyədək ölkə ərazisində 108 min 255 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Cari ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 637 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 milyard manat, yaxud 12,3 faiz çoxdur.

Seçilən
36
5
azertag.az

4Mənbələr