AZ

Yeni nəsil kassa aparatları 17,6 milyard manatlıq dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

İndiyədək ölkə ərazisində 108  min 255 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2025-ci  ilin  yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 637 milyon  manat  olub ki,  bu  da 2024-cü ilin müvafiq  dövrü  ilə  müqayisədə 1,9 milyard  manat, yaxud 12,3 faiz çoxdur.

DövlətVergiXidməti yeniNəsilNKA nəzarət-kassa NKAquraşdırılması dövriyyənəzarəti şəffafhesablaşmalar qanunsuzdövriyyəninqarşısınınalınması iqtisadiyyat dövriyyə 2025ciil vergiqaydalari NKAistifadəsi maliyyəşəffaflığı Azərbaycan maliyyəhesabatları ticarət vergiqaydaları dövriyyəartımı gəlirartımı
Seçilən
29
4
marja.az

8Mənbələr