Marja.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
İndiyədək ölkə ərazisində 108 min 255 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2025-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 637 milyon manat olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,9 milyard manat, yaxud 12,3 faiz çoxdur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.