Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinq zamanı “Telegram” üzərindən həyata keçirilən fişinq hücumu ilə bağlı mühüm nəticələr müəyyən edilib.
News24.az xəbər verir ki, bu barədə ETX məlumat yayıb.
Bildirilib ki, aparılan təhlillər nəticəsində hücumda istifadə olunan infrastrukturun sxematik təsviri hazırlanıb, IP ünvanlar və yönləndirmə zəncirləri müəyyən edilib.
Qeyd olunub ki, istifadəçi tərəfindən daxil edilən bütün məlumatlar serverə “POST” sorğusu vasitəsilə ötürülür. Bu isə dələduzlara qurbanın telefon nömrəsi və birdəfəlik kodunu (“OTP”) birbaşa nəzarətlərində olan serverə yönləndirməyə imkan verib.
Hesabların ələ keçirilməsi prosesinə dair daha ətraflı məlumat ETX-in rəsmi saytında yerləşdirilib.