Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında ElektronTəhlükəsizlik Xidmətinin (ETX) apardığı monitorinq zamanı"Telegram" üzərindən həyata keçirilən fişinq hücumu ilə bağlı mühümnəticələr müəyyən edilib.
Trend xəbərverir ki, bu barədə ETX məlumat yayıb.
Bildirilir ki, təhlillər nəticəsində hücumda istifadə olunaninfrastrukturun sxematik təsviri hazırlanıb, IP ünvanlar vəyönləndirmə zəncirləri müəyyənləşdirilib.
Həmçinin, hesabların ələ keçirilməsi prosesinə dair ətraflıməlumat əldə olunub. Nəticələrlə daha ətraflı qurumun saytında tanış olmaq mümkündür.