AZ

Azərbaycanda qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib

Azərbaycanda qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib.

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 470 minə yaxın və ya 87 % artıb: "Ümumi əmək müqavilələrinin 55 %-ə yaxını bu sektorun payına düşür".

M.Cabbarovun sözlərinə görə, bu əhəmiyyətli nəticələrin əldə edilməsində iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, əmək haqlarının "ağardılması" və qeyri-neft sektorunda məşğulluğun artırılmasına yönələn və 7 illik güzəştlərə əsaslanan vergi islahatları da həlledici rol oynayıb.

Seçilən
20
10
bakivaxti.az

10Mənbələr