AZ

Nazir: Qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib

Bakı, 5 sentyabr, AZƏRTAC

Qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı 1 milyonu keçib.

AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O qeyd edib ki, 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 470 minə yaxın və ya 87 faiz artıb: “Ümumi əmək müqavilələrinin 55 faizə yaxını bu sektorun payına düşür. Bu əhəmiyyətli nəticələrin əldə edilməsində iqtisadi inkişaf və yeni iş yerlərinin yaradılması ilə yanaşı, əməkhaqlarının “ağardılması” və qeyri-neft sektorunda məşğulluğun artırılmasına yönələn və 7 illik güzəştlərə əsaslanan vergi islahatları da həlledici rol oynayıb”.

Seçilən
21
10
azertag.az

10Mənbələr