AZ

ADY enerji sistemini yeniləyir: Dəmir yollarında dayanıqlı gələcəyə doğru (FOTO)

Bakı. Trend:

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları”QSC (ADY) ölkənin nəqliyyat və logistika sahəsində strateji dönüşyaradan daha bir layihəni uğurla başa çatdırıb.

QSC-dən Trend-ə verilən məlumata görə, Bakı–Böyük Kəsik dəmiryolu xəttində enerji sisteminin layihələndirilməsi, təchizatı vəquraşdırılması çərçivəsində Ucar–Hacıqabul sahəsində (122 km)dəyişən cərəyan (AC) sisteminin tətbiqi üzrə işlər başa çatdırılıb,bu xətdə yük və sərnişin qatarlarının test yürüşləri uğurla həyatakeçirilib.

Həmçinin enerji sərfiyyatının və texniki qulluğa sərf olunanvaxtın azadılması, təhlükəsizlik səviyyəsinin artırılması, stansiyavə sahələrdə avadanlıq sayının minimuma endirilməsi məqsədiləUcar–Hacıqabul sahəsində rabitə və işarəvermə sistemləri yenidənqurulub, işarəvermə sistemləri, rabitə qurğuları və idarəetməproseslərinin paralel şəkildə işləməsinə imkan verən müasirçoxprosesli idarəetmə (MPM) texnologiyasına keçid edilib.

Bununla da Bakı–Böyük Kəsik magistral dəmiryol xəttininUcar–Hacıqabul sahəsində dəyişən cərəyan sisteminə keçid tam təminolunub.

Dəyişən cərəyan sisteminə keçid elektriklə işləyənlokomotivlərin dartı gücünü yaxşılaşdırmaqla dəmir yolları ilədaşınan yük həcminin artırılmasına, enerji və digər resurslaraqənaətə, enerji itkilərinin azalmasına, xərclərinoptimallaşdırılmasına, istismarın asanlaşmasına, qatarların hərəkətsürətinin artırılmasına gətirib çıxaracaq. Bu, xüsusilə magistraldəmir yolları üçün mühüm üstünlükdür. Dünyanın aparıcı ölkələrində,o cümlədən Avropada, Çində müasir magistral dəmir yolu xətləri,beynəlxalq dəmir yolu marşrutları və yüksək sürətli şəbəkələrdə ACsistemindən istifadə olunur. Bu, beynəlxalq dəhlizlər üzrəyükdaşımalarda yüksək sürət və sabit enerji təchizatı ilə uzunməsafələri rahat qət etmək deməkdir.

Müasir AC enerji sisteminin tətbiqi Azərbaycanın stratejinəqliyyat coğrafiyasının gələcək inkişafının simvoluna çevriləcək.Dəyişən cərəyan sayəsində yükdaşımaların həcmi artacaq, daşınmaxərcləri azalacaq, tranzit marşrutlar isə dəniz və avtomobilnəqliyyatı ilə müqayisədə daha rəqabətqabiliyyətli olacaq. Bu daAzərbaycanın beynəlxalq logistika xəritəsində mövqeyinigücləndirəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyənetdiyi nəqliyyat strategiyası çərçivəsində Azərbaycan tranzit ölkəstatusunu möhkəmləndirir, dəmir yolunun ölkənin iqtisadi vəgeosiyasi xəritəsində rolu daha da artır. Bu yanaşma nəticəsindəOrta Dəhlizin mühüm seqmentlərindən olan Bakı–Tbilisi–Qars xəttininyükötürmə qabiliyyətinin illik 5 milyon tonadək artırılması və BakıLimanının dəmir yollarına inteqrasiyası kimi layihələr bir-birinitamamlayaraq Azərbaycanı Avropa ilə Asiyanı birləşdirən əsasnəqliyyat qovşağına çevirir. Bu strateji layihələr vaxt itkisini vəəlavə logistika xərclərini minimuma endirərək əməliyyatların dahasürətli və səmərəli həyata keçirilməsini təmin edir. Dəmiryollarında enerji sisteminin və vaqon parkının yenilənməsi bustrategiyanın bir hissəsi kimi ölkənin beynəlxalq dəhlizlərdərəqabət gücünü əhəmiyyətli dərəcədə artırır.

ADY-nin enerji sistemində dəyişən cərəyan texnologiyasına keçidyalnız texniki modernləşmə deyil, həm də Ətraf mühit, Sosial vəKorporativ İdarəetmə (ESG) prinsiplərinə uyğun dayanıqlılıqöhdəliyinin bariz göstəricisidir. Bu addım sayəsində dizeldartısına tələbat ciddi şəkildə azalır, enerji səmərəliliyiyüksəlir və karbon emissiyaları minimuma enir. Bu, ölkəyədayanıqlılığa sadiqliyini nümayiş etdirməyə və yaşıl sərmayələricəlb etməyə kömək edir. Beləliklə, dəmir yolu yalnız iqtisadicəhətdən deyil, həm də ekoloji baxımdan daha dayanıqlı vərəqabətqabiliyyətli nəqliyyat növünə çevrilir.

Enerji sisteminin yenilənməsi ilə yanaşı, ADY vaqon parkını daardıcıl şəkildə genişləndirir. Son illərdə parkın böyük hissəsiyenilənib və müasir standartlara cavab verir. Bu isə daşımalarınçevikliyini, sərnişin və yük qatarlarının sürətini və ümumi xidmətkeyfiyyətini artırır. ADY-nin davamlı olaraq yenilənən parkında ACilə işləyən 15 ədəd müasir sərnişin qatarı və 50 ədəd lokomotivvar. Onlardan 6 sərnişin qatarı və 40 lokomotiv dəyişən cərəyanla,9 sərnişin qatarı və 10 lokomotiv isə həm sabit cərəyan (DC), həmdə dəyişən cərəyan (AC) ilə işləyir.

AC sisteminə keçid həm də dəmir yollarında bəzi çətinlikləriaradan qaldırır. Yük və sərnişin qatarlarının hərəkət intervalıazalır, enerji təchizatı sabitləşir, əməliyyatların idarə edilməsiisə mərkəzləşdirilir. Bu, həm daxili daşımaları, həm də beynəlxalqtranziti daha səmərəli və sürətli edir.

Qeyd edək ki, bundan əvvəl Böyük Kəsik–Gəncə (141 km) vəGəncə–Ucar (113 km) sahələrində dəmiryol infrastrukturunun AC-yəkeçidi təmin olunub. 2026–2027-ci illərdə isə layihənin sonuncumərhələsi olan Hacıqabul–Bakı sahəsində (127 km) AC-yə keçid üzrəişlər həyata keçiriləcək. Bununla da bütün Bakı–Böyük Kəsik xəttitamamilə AC sistemi ilə işləyəcək və Azərbaycanın dəmiryolinfrastrukturu beynəlxalq standartlara uyğun modern şəbəkəyəçevriləcək. Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlər üzrətranzit yüklərin daşındığı əsas magistral dəmiryol xətti olanBakı–Böyük Kəsik sahəsində AC sisteminin tətbiqi Orta Dəhliz üzrəyükdaşımaların əməliyyatlarının səmərəliliyinin və yük həcmlərininartırılmasına imkan verəcək. Ümumilikdə Azərbaycan ərazisindənkeçən əsas magistral dəhlizlər, xüsusilə də Orta Dəhliz bumodernləşmədən birbaşa faydalanacaq.

ADY
ADY
ADY
ADY
ADY
ADY
ADY
ADY
Seçilən
27
16
az.trend.az

10Mənbələr