AZ

İsrail ordusu HAMAS ın istifadə etdiyi binaya zərbə endirib

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

İsrail ordusu Qəzzada HAMAS tərəfindən istifadə edilən hündür mərtəbəli binaya zərbə endirib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, HAMAS bu binanın atlında olan infrastrukturdan İsrail ordusuna qarşı hücumların icrası üçün istifadə edib.

Binanın altındakı məkanlar israilli hərbçilərə qarşı pusqu və HAMAS döyüşçüləri üçün qaçış marşrutuna çevrilib.

İsrail ordusu binaya zərbə endirməzdən əvvəl mülki şəxslərə dəyə biləcək ziyanın azaldılması üçün qabaqlayıcı tədbirlər gördüyünü bəyan edib.

Bəayanatda HAMAS mülki şəxslərdən canlı qalxan kimi istifadə etməkdə günahlandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
5
apa.az

6Mənbələr