AZ

İsrail ordusu Qəzzada HAMAS-ın hücum üçün istifadə etdiyi binaya zərbə endirib

İsrail ordusu Qəzzada HAMAS tərəfindən istifadə edilən hündürmərtəbəli binaya zərbə endirib.

APA xəbər verir ki, bu barədə İsrail ordusunun “Telegram” kanalında məlumat verilib.

Məlumata görə, HAMAS bu binanın altında olan infrastrukturdan İsrail ordusuna qarşı hücumların icrası üçün istifadə edib.

Binanın altındakı məkanlar israilli hərbçilərə qarşı pusqu və HAMAS döyüşçüləri üçün qaçış marşrutuna çevrilib.

İsrail ordusu binaya zərbə endirməzdən əvvəl mülki şəxslərə dəyə biləcək ziyanın azaldılması üçün qabaqlayıcı tədbirlər gördüyünü bəyan edib.

Bəyanatda HAMAS mülki şəxslərdən canlı qalxan kimi istifadə etməkdə günahlandırılıb.

Seçilən
45
5
apa.az

6Mənbələr