3x3 basketbol üzrə qadın yığmamız Kopenhagendə keçiriləcək Avropa Kubokunun final mərhələsinin B qrupunda ilk oyunlarına çıxır.
Offsideplus.az xəbər verir ki, milli komandamızın ilk rəqibləri Fransa və Ukraynadır.
Yığmamız saat 19:15-də Fransa ilə, saat 22:05-də isə Ukrayna ilə qarşılaşacaq.
Qeyd edək ki, hava şəraiti səbəbindən bugünkü matçların vaxtı dəyişdirilib.
Oyunları FIBA3x3 YouTube kanalından canlı izləyə bilərsiniz