3x3 basketbol üzrə qadın yığmamız Kopenhagendə keçiriləcək Avropa Kubokunun final mərhələsinin B qrupunda ilk oyunlarına çıxıb.
Offsideplus.az xəbər verir ki, milli komandamızın ilk rəqibləri Fransa və Ukrayna olub.
Yığmamız saat 19:15-də Fransa ilə oyuna çıxıb və 16:21 hesabı ilə qalib gəlib. Saat 22:05-də Ukrayna ilə qarşılaşan qızlarımız rəqibini 14:21 hesabı ilə məğlub edib.
Beləliklə, milli komandamız adını 1/4 finala yazdırıb.