AZ

"Formula-1": Daniel Rikkardo karyerasını başa vurdu

Keçmiş "Formula-1" pilotu Daniel Rikkardo karyerasını başa vurduğunu açıqlayıb. Eyni zamanda, 36 yaşlı avstraliyalı "Ford Racing"in qlobal səfiri olub.

Oxu.Az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Eks-pilot keçən mövsüm RB komandası üçün yarışıb və 18 yarışda 12 xal toplayaraq ümumi nəticədə 17-ci olub.

Rikkardo "Formula-1"də 14 mövsüm keçirib. O, həmçinin HRT, "Toro Rosso", "Red Bull", "Renault", "McLaren" komandalarında yarışıb.

Seçilən
87
5
demokrat.az

7Mənbələr