AZ

Daniel Rikkardo karyerasını başa vurdu - Formula-1

Bakı. Trend:

Keçmiş Formula-1 pilotu Daniel Rikkardo karyerasını başavurduğunu açıqlayıb. Eyni zamanda, 36 yaşlı avstraliyalı "FordRacing"in qlobal səfiri olub.

Trend xəbərverir ki, bu barədə şirkətin saytında məlumat verilib.

Eks-pilot keçən mövsüm RB komandası üçün yarışıb və 18 yarışda12 xal toplayaraq ümumi nəticədə 17-ci olub.

Rikkardo "Formula-1"də 14 mövsüm keçirib. O, həmçinin HRT, "ToroRosso", "Red Bull", "Renault", "McLaren" komandalarındayarışıb.

Ümumilikdə, avstraliyalı 257 Qran-pri yarışında iştirak edib,səkkiz dəfə qalib gəlib, üç poul qazanıb və 32 dəfə podiuma çıxıb.2014-cü və 2016-cı illərdə Rikkardo "Red Bull" ilə ümumi sıralamadaüçüncü olub.

Seçilən
77
4
az.trend.az

7Mənbələr