AZ

Millimiz İslandiyaya QARŞI

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda ilk oyununa çıxır.

Bizim.Media xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İslandiya ilə qarşılaşır.

Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Matçı Niderlanddan olan hakimlər briqadası idarə edir.

Bu qrupun digər oyununda isə Ukrayna Fransa ilə üz-üzə gəlir.

Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda Ukraynanı qəbul edəcək (9 sentyabr).

DÇ-2026-nın seçmə mərhələsi, 1-ci tur

5 sentyabr

D qrupu

22:45. İslandiya - Azərbaycan - 0:0 (Birinci hissə)

Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot, Mark Naqteqaal

VAR: Jerön Mansxot

AVAR: Klay Ruperti

"Lauqardalsvöllur" stadionu

Bizim.Media

Seçilən
17
1
bizim.media

10Mənbələr