AZ

İslandiya millisindən üçüncü qol - Yenilənir

style='margin-bottom:10px;'>

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində D qrupunda ilk oyununa çıxır.

QOL.az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İslandiya ilə qarşılaşır. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Matçı Niderlanddan olan hakimlər briqadası idarə edir. 

Bu qrupun digər oyununda isə Ukrayna Fransa ilə üz-üzə gəlir.

Qeyd edək ki, Azərbaycan millisi 2-ci turda Ukraynanı qəbul edəcək (9 sentyabr).

DÇ-2026-nın seçmə mərhələsi, 1-ci tur

5 sentyabr

D qrupu

22:45. İslandiya - Azərbaycan - 3:0 (İkinci hissə)

Qollar: Viktor Palsson, 45+2, İsak Yohannesson, 47; 56

Hakimlər: Sander van der Eyk, Rens Blümink, Stefan de Qroot, Mark Naqteqaal

VAR: Jerön Mansxot

AVAR: Klay Ruperti

"Lauqardalsvöllur" stadionu

22:45. Ukrayna - Fransa

Seçilən
6
5
teleqraf.com

10Mənbələr