Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.
QOL.az xəbər verir ki, İ qrupunda yer alan Moldova millisi öz meydanında İsraillə qarşılaşıb.
Moldova millisinə dəvət alan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram da bu görüşün iştirakçısı olub.
Meydana start heyətində çıxan 31 yaşlı qolkiper görüşü əvəzolunmadan keçirib.
Matç İsrail yığmasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Avram 15, 35, 59 və 77-ci dəqiqələrdə qapısında qol görüb.
Seçmə mərhələdə ardıcıl 4-cü məğlubiyyətini alan Moldova millisi qrupda sonuncudur. Xallarının sayını 9-a çatdıran İsrail yığması isə hazırda ikinci pillədə qərarlaşıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.