Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Venesuela prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə mümkün hərbi müdaxiləsinə münasibət bildirib.
APA xəbər verir ki, paytaxt Karakasda hərbçilərlə görüşən Maduro ABŞ prezidenti Donald Trampın təyyarələrini vurmaqla bağlı təhdidinə də cavab verib.
"Hazırda silahsız mübarizə mərhələsindəyik. Bu, siyasi, kommunikasiya və təşkilati bir mərhələdir. Venesuelaya hücum edilərsə, silahlı mübarizə mərhələsinə keçəcəyik. Biz sülhsevərik, eyni zamanda döyüşçü xalqıq. Heç kim bizi bu gün deyil, gələcəkdə də kölə edə bilməz. ABŞ Venesuelada zorakı rejim dəyişikliyi planlarından əl çəkməlidir. Hücum baş verərsə, xalqımız milli, yerli və regional səviyyədə planlı və mütəşəkkil şəkildə silahlı mübarizə mərhələsinə qədəm qoyacaq", - o bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.