AZ

ABŞ hücum edərsə, silahla cavab verəcəyik! Maduro

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Venesuelada zorakı rejim dəyişikliyi planlarından əl çəkməlidir.

Axar.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın ölkəsinə mümkün hərbi müdaxiləsinə münasibət bildirərkən deyib.

"Hazırda silahsız mübarizə mərhələsindəyik. Bu, siyasi, kommunikasiya və təşkilati bir mərhələdir. Venesuelaya hücum edilərsə, silahlı mübarizə mərhələsinə keçəcəyik. Biz sülhsevərik, eyni zamanda döyüşçü xalqıq. Heç kim bizi bu gün deyil, gələcəkdə də kölə edə bilməz. ABŞ Venesuelada zorakı rejim dəyişikliyi planlarından əl çəkməlidir. Hücum baş verərsə, xalqımız milli, yerli və regional səviyyədə planlı və mütəşəkkil şəkildə silahlı mübarizə mərhələsinə qədəm qoyacaq", - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
5
axar.az

6Mənbələr