Qazax, 6 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Hərəkətdə olan VAZ 2107 ilə “Opel” markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirib.Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.