AZ

Qazaxda ağır qəza: xəsarət alanlar var

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” ilə “Opel” markalı minik maşını toqquşub. Qəza zamanı xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
6
5
publika.az

4Mənbələr